Bu gün lisenziyaları ləğv edilən "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri yenidən Mərkəzi Bank önündə yığışaraq aksiya keçiriblər.
“AmrahBank” əmanətçiləri bildiriblər ki, həmin bankdakı bloklanan əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinin qərarına ehtiyac yoxdur. “Amrahbank”da qoyulan əlavə yatırımlar tamamilə qanunidir, cəlb olunduğu gün müqavilənin imzalandığı gün sayılır. Əmanət isə 2017-ci ildə yatırılıb. 1 iyul 2019-cu ildən bu yana əmanətlər bloklanıb, buna səbəb isə faizin düşməsidir.
Mərkəzi Bank sədrinin müavini Alim Quliyev isə vətəndaşın müraciətinə cavab olaraq bildirib ki, əmanət qanunidirsə, sizinlə razıyam: “Mən sizinlə tamamilə razıyam, Əmanətlərin sığortalanması Fondundan (ADİF) haqqınızı tələb edin”.
A. Quliyev bildirib ki, əgər Konstitusiya Məhkəməsində baxılan məsələdə adınız yoxdursa, problemi ADİF ilə həll edin.