Axtarış...

Prezidentin xilas etdiyi parkın ərazisini Kərəm Həsənov necə satışa çıxarmışdı?! - Video



Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən maraqlı məqama toxunub.

Dövlət başçısı bildirib: “O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin...”.

Dövlət başçısı ölkədə nə baş verdiyini, hansı məmurun qanunsuzluğa yol verdiyini yaxşı bilir və zaman-zaman həm bu qanunsuzluqlar aradan qaldırılır, həm də qanunsuzluğa yol verən şəxslər cəzalandırılır.

Prezidentin Yasamal rayonunda çıxışı zamanı səsləndirdiyi fikirlər də bu kontekstdə diqqət çəkir və sual yaranır: park üçün nəzərdə tutulmuş ərazini kim(lər) hasara almış və satışa çıxarmışdılar?!

Dövlət başçısı açıqlamasa da təbii ki, bu sualın cavabını bilir, lakin ictimaiyyət üçün də həmin şəxsin kim olduğu maraqlıdır.

Araşdırmalarımıza görə, park üçün ərazini hasara alan və satışa çıxaran məmur ləğv olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş Kərəm Həsənovdur. Kərəm Həsənov komitə sədri olduğu zaman bu kimi əməlləri ilə məşhur idi. Əldə etdiyimiz məlumata görə, park üçün nəzərdə tutulan ərazini qanunsuz olaraq satışa çıxaran məmur də məhz Kərəm Həsənov olub.

Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olarkən bu ərazi əvvəlcə hasara alındırılıb və bir müddət ərazi bağlı vəziyyətdə qalıb. Daha sonra hissə-hissə satışının həyata keçirilməsinə start verilib. Lakin məsələdən xəbər tutan dövlət başçısının müdaxiləsindən sonra bu qanunsuzluğun qarşısı alınıb.

Hazırda ərazinin profilinə uyğun istifadə edilməsi üçün meşə tipli parkın salınmasına start verilib. Dövlət başçısının bununla bağlı müvafiq göstərişi var.

Artıq nə Əmlak Məsələləri Dövlət Komitəsi mövcuddur, nə də Kərəm Həsənov komitə sədridir. Hərçənd ki, Kərəm Həsənovun bu kimi əməllərinin də sayı-hesabı yoxdur.

Amma sevindirici hal odur ki, dövlət başçısının Yasamaldakı məlum qanunsuzluğa son qoyması belə halların tam aradan qaldırılacağına böyük inam yaradır.(Demokrat.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz