Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:
"Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.
DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.