Şəki regional Mədəniyyət İdarəsinin idarə olunmasınin təşkili bir yazıya sığan deyil. Aktualinfo.org bu regionun mədəniyyət sahəsində olan probləmlərin aradan qaldırılmasına deyil, əksinə yeni problemlərin yaranmasına rəvac verən müdiriyyətin fəaliyyətindən bir müddət öncə geniş məqalə yaymışdı. Məqaləni oxuyub bizə müraciət edən saklinlərin sözlərinə görə bizim yazdıqlarımız regionun mədəniyyət idarəsində baş verənlərin çox cüzi hissəsidir. Bəs burada nələr baş verir. Ötən yazımızda da qeyd etdiyimiz kimi Şəki Mədəniyyət İdarəsində hərc-mərclik yeni hal deyil. Hələ 2013 cü ildə bu rayonda Azərbaycan Respublikasının Hesablama Palatasının apardığı yoxlamalardan sonra ciddi maliyyə pozuntuları aşkarlanmışdı. Nə az,nə də çox, 4,3 milyon manat. Məlum yoxlamalardan sonra Şəki Mədəniyyət və Turizm İdarəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış müdir və baş mühasıb həbs edilmişdi. Yuxarıda göstərdiyimiz məbləğ tək onda Şəki Mədəniyyət və Turizm İdarəsində mənimsənilmişdisə bu gün beş rayonun mədəniyyət idarələrinə ayrılan vəsaitlərin eyni yollarla mənimsənilməməsinə kim təminat verə bilər?
Aktualinfo org onlayn qəzetində “Mirvari Zeynalova Şəkidə regional mədəniyyəti necə idarə edir” başlıqlı məqalə yayıldıqdan sonra Şəkidən redaksiyamıza zəng edərək bu gün təhlükə ilə üzləşmiş Şəki Regional Mədəniyyət idarəsinə tabelı təşkilat olan M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin qarşısında qoyulmuş mütəfəkkir, dramaturgiyamızın banisi M.F.Axundovun büstünün götürmək istədikləri barədə məlumat verdilər. Qeyd etdiyimiz kimi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, dramaturgiyasının yaranmasında müstəsna xidmətləri olmuş ədibin büstünün götürülmə istəyi hansı zərurətdən yaranıb?
Məlumat üçün bildirmək istərdik ki, Şəkidə Mirzə Fətəli Axundovun Adına Mərkəzindən başqa, ərazisii 7 ha olan park da olub. Hələ 2012 ci ildən sözügedən park Şəki Mədəniyyət və Turizm İdarəsindinin balansından çıxarılaraq Şəki rayon İcra Hakimiyyətinin balansına verilib. Həmin 7 ha parkdan artıq 3 ha-sı qalmaqdadır. Parkın ərazısı Şəki şəhər İcra Hakimiyyətini keçmiş və hazırki başçıları tərəfindən ticarət obyektlərinə, restoran və kafelərə satılıb.Vaxtı ilə parkın ərazisini satanlar indi də M.F.Axundovun büstünü onun adını daşıyan Mədəniyyət Mərkəzinin qarşısından götürməyə can atırlar. Qeyd edək ki, bu büstün götürülməsinə artıq bir neçə dəfə cəhd olunub. Lakin Azərbaycan Milli Elmlər Akademeyası Arxeologiya İnstitutunun Şimal-Qərb bölgəsi üzrə ekspedisiyanın rəhbəri olmuş, tanınmış arxeoloq,mərhum Nəsib Muxtarov onların bu məkrli niyyətlərinin qarşısını bir neçə dəfə almağa müvəffəq olmuşdu. Lakin yanvar ayında Nəsib Muxtarov dünyasını dəyişdiyindən Şəki Regional Mədəniyyət İdarəsi yenidən büstün götürülməsinə çalışıb.Bu dəfə isə məsələyə Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elm Mərkəzinin ziyalılarının etirazından sonra dayandırılıb.
Büstü götürmək hansı zərurətdən yaranıb? Qeyd edək ki Axundov adına Mədəniyyət Mərkəzi Şəki şəhərinin mərkəzində yerləşir. Mədəniyyət Mərkəzinin yaxınlığında isə Millət Vəkili Cavanşir Feyziyevə məxsus beşulduz “Şəki Hotel” yerləşir. Görünür Cavanşir Feyziyev büstün yerində yeni bir obyekt tikməyi nəzərdə tutur.
Bəs görəsən Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin büstünü götürülməsinə Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova nə üçün etiraz səsini çıxarmır? Nə üçün bu problemlərə Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elm Mərkəzinin ziyalıları etiraz etməlidir,amma qurumun rəhbəri səsini çıxarmamalıdır? Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da həmçinin. Onun səsi niyə çəxmır? Elxan Usubovun diqqətinə çatdırmaq istərdik ki, ölkə başçısı İlham Əliyev cənabları Azərbaycan ədəbiyyatına və mədəniyyətinə heç vaxt biganə qalmamış,bu sahədə iz qoymuş görkəmli şəxsiyyətlərin yaradıcılığına daim yüksək qiymət vernmişdir. Elə bir neçə il bundan öncə paytaxtın Yasamal rayonunda Mikayıl Müşfiqin bütünün götürülməsinə dərhal reaksiya verməsi də buna bir misaldır.Bu arada Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun və Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalovanın yadına bir epizodu da salmaq istərdik.Elə 2012 çi ildə cənab prezidentin Şəki rayonuna səfəri zamanı M.F.Axundzadə adına Mədəniyyət və İstirahət parkının açılışında iştirak etməsi,böyük mütəfəkkirin heykəli önünə əklil qoyması onun Axundzadə şəxsiyyətinə və yaradıcılığına hörmətin nümunəsi deyilmi? Siz kimin büstünü götürməklə hərc-mərclik etdiyinizin fərqindəısinizmi?
Elxan Usubovun həmin dövrlərdə harada işlədiyini bilmirik. Amma Mirvari Zeynalova mədəniyyət sahəsində çalışıb və bir mədəniyyət işçisi kimi bunları yaxşı bilməlidir axı. Ümumiyyətlə Mirvari xanımın bir məsul şəxs kimi bilib göz yumduğu, bilib tədbir görmədiyi çox məsələlər var. Yuxarıda qeyd etdiyimiz kimi onlar bir yazıya sığan deyil.
Aktualinfo.org