Axtarış...

Bakı şəhəri Yasamal rayonunda karantin qaydaları yenədə pozulmaqdadır

Radaksiyamıza Bakı şəhəri Yasamal rayonu,Dadaş Bünyədzadə küçəsində Bahar aptekinin qarşısında qanusuz olaraq küçə ticarəti ilə məşqul olan obyektlərin fəaliyyət göstərməsi və müvafiq dövlət orqanlarının bu məsələyə göz yumaraq qanunsuzluğa şərait yaradılması barədə məlumat daxil olmuşdur.

Faktla bağlı Yasamal rayonu,Dadaş Bünyədzadə küçəsində çəkiliş aparlmış və qanunsuz küçə ticarət obyektlərinin fəaliyyəti aşkarlanmışdır.Qeyd edilən bu küçə ticarəti ilə məşqul olan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin operativ qərargahının qəbul etdiyi qərarlara məhəl qoymayaraq,Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin pozaraq qanunsuz ticarətlə məşquldurlar.

Biz KİV olaraq ölkə ərazisində baş verən qanunsuzluqları, neqativ halları aşkara çıxararaq içtimayəti və müvafiq dövlət orqanlarını bu qanunsuzluqlar barədə məlumatlandırmaq vəzifəmizdir.Düşünürük ki,yaxın günlərdə bu qanunsuz ticarət obyektlərinin fəaliyyəti dayandırılaraq,bu şəxsləri himayə edənlər şəxslər isə cəzalandırılacaqdır.









Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz