Axtarış...

“Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...

“Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...



“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin işçiləri fevraldan bu yana əmək haqqı ala bilmədiklərini deyirlər.

DİA.AZ-ın məlumatına görə, qurumun Sumqayıt filialının əməkdaşları deyiblər ki, 5 aydır ailələrini çox çətinliklə dolandırırlar. Onsuz da az olan əmək haqqının indi ümumiyyətlə olmadığını söyləyirlər.

“Azərxalça”nın mətbuat xidmətinin rəhbəri Tural Səfərov bir müddət öncə belə bir problemin olduğunuı təsdiqləyib. Bildirib ki, hazırda məzuniyyətdə olduğu üçün indiki durumdan xəbərsizdir:

“Ancaq araşdırıb, bu barədə açıqlama verəcəyik. İşdə olmasam da, maraqlanacağam”.

DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz