"Fevral ayında ünvanlı sosial yardım müddəti bitmiş vətəndaşların sənədləri 2 aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yatır". Bu baradə "Bizimxeber.az"-a açıqlamasında Ünvanlı Sosial Yardımla dolanan, artıq 2 aydır bu imkandan məhrum olan vətəndaşlar bildirib.
Məlumatda bildirilir ki, vəziyyətin daha ağır olduğu rayonlardan biri də Neftçaladır. Ağır sosial şəraitdə yaşayan bu vətəndaşlar sonuncu ünvanlı yardımı fevral ayında alıblar. Elə həmin ay sənədlərini yenidən rayon şöbəsinə təqdim ediblər. Amma bu günə kimi heç bir cavab ala bilmirlər.
Bu isə karantin dövründə onların vəziyyətini daha da pisləşdirib. Heç bir yardım ala bilməyən, ünvanlı sosial yardımla dolnan bu insanlar səfalət içərisində yaşayırlar. Qərara görə, ünvanlı soaial müavinət alma müddəti mart ayında bitən ailələrin müavinətləri veriləcək. Amma "fevralda bitənlərin aqibəti nə olacaq"? sualı 2 aydır açıqdır.
Həmçinin bu kimi ailələrə heç bir qida yardımı da edilmir. Sonuncu yardım Novruz bayramında edilib ki, bu zaman çox az sayda ailə nəzərdə tutulub. Yardımlar yalnız yaşlı və tək yasayan şəxslərə edilir.
Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bu problemin qısa zamanda aradan qaldırılmsına, ailələrin karantin günlərində yardımla təminatına gec də aydınlıq gətirər.
Məlumat üçün bildirək ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bu çətin vəziyyətdə ilk yardımlar işsiz və ünvanlı sosial yardım alan ailələrə edilir. Bu barədə ölkə başçısı İlham Əliyevin ciddi tapşırığı və sərəncamı var. Amma Neftçala rayonunda vəziyyət fərqlidir. Yardımı kəsilən ailələrin sənədlərinə belə baxan yo