Axtarış...

“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı

“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bəzi məmurların Azərbaycan dilində səlis danışa bilməməsinə toxunub.

Yenisabah.az xəbər verir ki, keçmiş icra başçısı Azərbaycan dilində danışa bilməyən şəxslərin yüksək vəzifələrə təyin olunmasını məqəsəuyğun hesab etməyib.

“Son günlərin müzakirə mövzularından biri də ana dilimizdə danışa bilməyn "məmurlardır". Səhv etmirəmsə, bitmiş bir fikri ifadə edən sözlərin toplumuna (yığınına) cümlə deyilir.

Buradan belə qənaətə gəlmək olar ki, bəzi məmurlar bitmiş fikri ifadə edə bilmirlər, yəni cümlə qura bilmirlər və qarşı tərəf anlaşılmaz durumda olur. Deməli, kadrları təyin edəndə onların dil qüsurları nəzərə alınmalıdır ki, gələcəkdə lağ obyektinə çevrilməsinlər.

Bizim elə səfirlərimiz, konsullarımız var ki, heç bir xarici dil bilmirlər, eyni zamanda Azərbaycanda çalışan bəzi məmurlarımız guya ki, bir neçə xarici dil bilirlər. Olmazmı ki, bu xarici dil bilənlər Xarci İşlər Nazirliyinə, oradan da xarici dövlətlərə səfir və yaxud konsul göndərilsinlər? Ana dilimizdə səlis danışa bilməyənlərə yüksək vəzifə tapşırmaq olmaz”, - deyə Musa Musayev bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz