Ukrayna payızda Rusiya ilə eyni anda hərbi təlim keçirmək niyyətindədir.
Millitv.az xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Andrey Taran Radada çıxışı zamanı deyib.
O, Rusiyanın sentyabrın sonunda “Qafqaz 2020” təlimi keçirməyi planlaşdırdığını, Ukraynanın isə eyni vaxtda NATO-nun iştirakı ilə “Birləşmiş Səylər 2020” təlimi keçirəcəyini söyləyib.
Taran Ukraynanın təlim çərçivəsində Baş Qərargahın imkanlarının yoxlanılacağını bildirib.