“Ukrayna Prezidenti Vladimir Zelenski iki ildən bir qədər çox ölkəni idarə edə biləcək”.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “teleqram” səhifəsində bildirib.
O, əlavə edib ki, iki ildən sonra Ukrayna yeni "qanlı" Maydana çevriləcək. Deputat Ukraynadakı mövcud vəziyyəti "xərçəngin dördüncü mərhələsi" kimi xarakterizə edib. Qeyd edib ki, "metastaza" artıq bütün ölkəyə yayılıb.