Axtarış...

Rusiya və Ukrayna arasında tranzit qaz danışıqları NƏTİCƏSİZ QALIB



Rusiya və Ukrayna arasında davam edən tranzit qaz sazişinin uzadılmasına dair danışıqlar hələlik nəticəsiz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna hökumətindəki mənbələr məlumat verib. Bildirilib ki, yanvar ayına qədər nəticə əldə ediləcəyinə dair ümid yoxdur. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın enerji şirkəti “Gazprom”, Ukrayna şirkəti “Naftogaz”a qaz sazişinin daha bir il uzadılması üçün təklif göndərib.

Təklifdə həmçinin Kiyev qarşısında bəzi tələblər irəli sürülüb. Moskva Ukrayna administrasiyasından “Gazprom”a qarşı qaldırılan iddiaların ləğv edilməsini tələb edib.



Şərh yaz