Axtarış...

Rusiyada Yaşayan Azərbaycanlılar Vətən Torpaqlarının Azad Olunması Uğrunda Mübarizəyə Qalxdılar

Rusiyada Yaşayan Azərbaycanlılar Vətən Torpaqlarının Azad Olunması Uğrunda Mübarizəyə Qalxdılar
Millitv.az Son günlər Erməni hərbi birləşmələrinin Atəşkəs rejimini pozaraq ölkəmizin sərhədlərinə hucumu hər bir Azərbaycanlı kimi Rusiyadada yaşayan həmvətənlərmizində ayağa qaldırdı.

Baş verən hadisələrə müharibə çağrışları ilə 14 iyul tarixində Respublikamızın müxtəlif bölgələrində həmrəylik nümayiş etdirən vətən oğullarımızın səsinə artıq dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızda vətənimizin işğal olunmuş torpaqlarının azad olunması üçün vətənə gəlib bu haqq mübarizəsində canlarından keçməyə hazır olduqlarını bildirirlər.

Redaksiyamıza müraciət edən uzun illər Rusiya fedarasiyasının müxtəlif regionlarında dövlət vəzifələrində işləmiş Həsənov İldırım Fərzixan oğludur.

1966 - cı ildə İsmayıllı rayonunun Güyüm kəndində anadan olan Həsənov İldırım 1983 - cü ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə , o vaxtlar Azərbaycanlı kadırların yetişdirilməsi üçün Rüsiyanın müxtəlif ali məktəblərinə yolanılan tələbələrdən biri olub. 1983 cü ildə Varonej Texniki İnistutuna daha sonra Şimali Qafqaz İçtimayi Siyasi İnustutunu və Prezident yanında Rusiya Xalq təsərüfat və Dövlət idarəetmə akademiyasını bitirmişdir.


1986 - 1988 ci illərdə hərbi xidmətini Əfqanıstan müharibəsində kəşfiyyat - desant qoşunları xidmətində keçmişdir.Hərbi xidmət keçərkən döyüş əməliyatlarında yüksək şücaət və qəhramanlıq göstərdiyinə görə qırmızı ordenlə mükafatlandırılmışdır.

Uzun müddət Rusiyada müxtəlif dövlət vəzifələrində işləyən İldırım Həsənov Volqaqrad vilayətində Çernışkovski rayonun icra hakimiyyətini başçısının birinci müavini ,Daha sonta eyni rayonun İcra başçısı vəzifəsində işləmişdir.Hal - hazırda Volqaqrad vilayəti üzrə Rusiya Dövlət Dumasının deputatının səlahiyyətli nümayəndəsi vəzifəsini icra edir.
Rusiya dövləti tərəfindən bütün imtiyazlara sahib olan İldırım Həsənov vətənimizim bu çətin məqamında redaksiyamız vastəsi ilə prezident İlham Əliyevə cənablarına müraciət edərək , Bu illər ərzində keçdiyi xüsusi təyinatlı hərbi hazırlığını Azərbaycan torpaqlarının Erməni düşmənlərindən azad edilməsi üçün onu ordu sıralarına qəbul edilməsinə köməklik göstərilməsini xahiş edir.

Ölkəmizin ən çətin məqamlarında dövlətimizin səsinə səs verən vətən oğulları hər zaman olduğu kimi torpaqlarımızın azad olunması uğrunda həmirəylik nümayiş etdirməsi Azərbaycan xalqının tarixi köklərinə, torpağına,vətəninə, millətinə və xalqına bağlılığdan irəli gəlir.İldırım Həsənovda vətəninə , torpağına və xalqına bağlı bir Azərbaycanlı balası olduğu üçün vətən taorpaqlarının azad olunması uğrunda vuruşmağı Rusiyadakı bütün imkan və səlahiyətlərindən üstün tutan bir vətən oğlu olduğunu bildirir.

P.S Biz bir redaksiya olaraq hər zaman vətənimizin uğrunda canından keçib şəhid olan insanlara allahdan rəhmət diləyirik.Bu gün vətənimizin yolunda canından keçməyə hazır olan vətən oğullarına başladıqları bu müqqəddəs yolunda uca allahdan yardım olmalarını diləyirik.Canından və qanından keçməyə hazır olan vətən oğulları uca tanrı köməyiniz olsun.






Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz