Axtarış...

Ermənilər Tovuzun Ağadam kəndi istiqamətində hucuma keçdilər - Döyüşlər gedir



Yenilənib

20:10
Müdafiə nazirliyinin yaydığı məlumatda Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!


18:40
Millitv.az Bu gün Tovuz rayonunun Ağdam kəndinin sakinlərindən aldığı məlumata görə səhər saatlarından başlayaraq avtomat silahlarından mövqeylərimizə ara- sıra atəşlər açan erməni təcavüzkarları günorta saatlarından başlayaraq Azərbaycan ordusunun Ağdam kəndi istiqamətində ki, mövqeylərini iri çaplı silahlardan və top mərmilərindən atəşə tutublar.Düşmənin bu hucumunu cavabsız qoymayan ordumuz erməni təcavüzkarlarının mövqeylərini layiqli zərbələr endirib. Ümumilikdə bu gün səhər saat 10 radələrindən başlayan atışmalar saat 17:30 dək davam edib.

Tovuzun Ağdam kəndinin sakinlərinin verdiyi məlumatda bu intensiv döyüşdə kənd sakinlərinə ciddi bir ziyanın dəyilmədiyini qeyd etdilər. Baş verən döyüşdə hərbiçilərin xəsarət alıb – almaması barədə məlumatsız olduqlarını bildirdilər


Millitv.az



Şərh yaz