Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Milli.Az bildirir ki, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir:
"Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!"