Axtarış...

Türkiyə və İran XİN başçıları Bakıda Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

APA-nın İranın Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində baş tutub.

Nazirlər görüş zamanı iki ölkə arasında qarşılıqlı əlaqələri, Suriyanın şimalındakı vəziyyəti, Suriya Konstitusiya Komitəsinin qurulması prosesini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz