Axtarış...

“Efirdə həcilərindən danışırlar”



“Şou-biznesdə heç kim mənə qadağa qoya bilməz. Bəzi “hegemon” müğənnilər var ki, onlar “əsarətdə” ifaçılar saxlayırlar. Onlara oturub-durmaqla bağlı göstərişlər verirlər. Mən isə heç vaxt kiminsə qadağasına riayət etməmişəm. Rəhmətlik İlhamə Quliyeva onu parodiya etdiyimi eşidəndə buna qarşı çıxırdı. Amma mən yenə onu parodiya edirdim”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “ATV” telekanalında yayımlanan “Üçümüz” axşam şousunda qonaq olarkən deyib.
Verilişin aparıcısı Elcan Rəsulovun “Övladınız sənətinizi davam etmək istəsə, ona dəstək çıxarsınız, yoxsa bunu yasaqlayarsınız?” sualına Xatun belə reaksiya verib:
“Müğənnilərin ifaçılıqla məşğul olan övladları şou-biznesdə ata-anaları kimi əziyyət çəkirlər. Onlardan hansı parlayıb? Elə bil ki, şou-biznesdə “yel əsib, qoz tökülüb”.
Sənətçi şəxsi həyatı ilə bağlı suala belə cavab verib:
“Şəxsi həyatım olsaydı, danışardım. Bəzi həmkarlarım efirdə sevgililərindən, həcilərindən danışırlar. Mənim də həcim olsaydı, danışardım. Amma yoxdur. Kaş ki, mənim də şəxsi həyatım olardı”.
E.Rəsulovun “Efirdə etməkdən qorxduğunuz parodiya var?” sualına X.Əliyeva belə münasibət bildirib:
“Qorxumdan Mətanət Əsədovanı parodiya etmək istəmirəm. Çünki onun xətrinə dəyib, çox incidiblər. Bəzənib-düzənib getdiyi verilişdə xətrinə dəyiblər. Qadağada olan silsilə parodiyalarım var. Onları efirdə yox, evdə edirəm. Məsələn, Könül Kərimovanı etmişdim. Amma sonra ATV-də barışdıq. Nazpəri Dostəliyevanı parodiya etdim, sonra aramızda qalmaqal yarandı. Ona görə daha Nazpərini parodiya etmirəm”.
Bir müddət öncə keçirdiyi bədən şəkilləndirici əməliyyatı ilə gündəmi zəbt edən sənətçi proqramda yenidən “bıçaq altına uzanacağı”nın anonsunu verib:
“Alnımı, çənəmi əməliyyat etdirmişəm (gülür). Mən şablon müğənnilərdən deyiləm. Yeni plastik əməliyyat olunacağam. Hansı əməliyyatlar olacağını açıqlamaq istəmirəm. Edəndən sonra görəcəksiniz. Əslində, estetik olmayan qadın maraqsız görünür”.
“Kimlərdən zəhləniz gedir?” sualına isə Xatunun cavabı yarızarafat, yarıciddi olub:
“Nəinki özünü, hətta fanatlarını da “qara siyahı”ya atmışam. Nankordurlar! Özlərini mələk kimi göstərirlər. Onların ağızlarındakı dişlərinə qədər tanıyıram. Elza xanım demişkən: “Arada dişlərinizi təmizləyin!” (gülür). Kimə lazımdırsa, bu sözlərimdən öz payını götürəcək. Daxili iblis, üzü ay kimi nurlu mələklər o qədərdir ki…”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz