Bu gün ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı məşhur meyxanaçı Namiq Qaraçuxurlu olub.
Millitv.az Milli.Az-a istinadən xəbər verir ki, ifaçı özü haqqında maraqlı açıqlamalar verib:
"Dəstək olduğum gənc meyxanaçılar mənim adımı çəkməyə sanki qorxurlar. Adım gələndə kompleks keçirirlər. Keçən dəfə də gördüm, elə bil rəng verib, rəng alırlar. Kənara çəkilmişəm, hərdən yaxınlaşmaq istəyirəm, amma vəziyyəti görüb uzaqlaşıram"