Axtarış...

"Onların torba tikməklərindən xəbərim olmur"

"Onların torba tikməklərindən xəbərim olmur"

"Sevinirəm ki, bu yaşımda sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarından... Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq".

Bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi instaqramda status yazaraq şou-biznes üzvlərini tənqid edib:

"O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. Hazırda nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də ki, etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Ha onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq".

qafqazinfo
Text-to-Speech

DİNLƏ






Şərh yaz