Axtarış...

İlhamə Quliyevanı kim şantaj edirdi? - VİDEO

İlhamə Quliyevanı kim şantaj edirdi? - VİDEO

Mərhum müğənni, Azərbaycanın Xalq artisti İlhamə Quliyeva ölümündən sonra da gündəmdən düşmür.

Oxu.Az-ın xəbərinə görə, bir zamanlar xanım müğənninin köməkçisi olmuş, daha sonra İlhamə xanımı öldürmək və evində oğurluq etməklə ittiham olunaraq həbsə düşmüş köməkçisi Mehriban Hüseynova ARB TV-nin efirindən maraqlı açıqlamalar verib.

Onun sözlərinə görə, İlhamə Quliyevanın son zamanlar özünü qeyri-adi aparması bir nəfərdən aldığı şantaj xarakterli təhdidlərlə bağlı imiş.

“Bunu sizə ilk dəfə açıqlayıram. O adamın adını çəkmək istəmirəm. Şou-biznes aləminin insanı idi, İlhamə xanımı təhdid edirdi. O da Nazpəri xanımla qalmaqal yaşayırdı deyə adının təkrar hallanmaması üçün o nə deyirdisə, edirdi. Həmin adam İlhamə xanımın oğlu ilə də arasını vurdu, mənimlə də. İlhamə xanım mənə çox bağlı idi. Mənsiz yemək də yeməzdi.

Ara vurulandan sonra biz onunla bir saat da görüşə bilmədik ki, mən ona həqiqəti deyəydim. Buna imkan vermədilər. Onun evinə içində müxtəlif dərmanlar olduğu deyilən o mürəbbələri də ən yaxın adamları gətirmişdilər. Bu, qurulmuş bir oyun idi. İlhamə xanım üç dəfə narkoz almış adam idi. Özündə deyildi”.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz