Əsgər adlı dostumuz var, bizi qonaq çağırmışdı. Gəlib gördük ki, məclisdə başqa insanlar da var. Yanımda xanım müğənni də bizimlə oturmuşdu. Bir nəfər adam yolladı ki, 5 min dollar verirəm, xanım gəlib bizim stolda otursun.
Millitv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "5-də 5" proqramında qonaq olarkən deyib. Sənətçi bir müddət bundan əvvəl başına gələn hadisədən söz açıb:
"Oxumaq üçün yox, oturmaq üçün bu pulu verirdi. Yəqin ki, özünü göstərmək istəyirdi. Mənə də maraqlı idi ki, xanım gedib oturacaq, ya yox? Vallah, elə sifət göstərdi ki, dedim sənə Füzuli çörəyi halal olsun. Ləzzət elədi! Durub getsəydi, pis olacaqdım. Bəlkə də, kimsə pulun xatirinə gedib oturacaqdı".
M. Ağayev daha sonra qeyd edib ki, şou-biznes üzvləri ilə az dostluq edir: "İnsanlar çiy süd əmiblər. Mən hamıya inanıram. 3-5 gün tanış olduğumu stolun başında otuzdururam. Ürəyim çox təmizdir. Bu yaxınlarda eşitdim ki, sənət yoldaşım mənə qarşı pis addım atıb. İlahi, dünyanın axırıdır. Bir gün gürzə ilan kimi çalacağam. Üzümə də gülüb deyir ki, qardaşımsan. Onun başı üçün deyil. Kişi belə şey etməz. Onlara da kişi demək istəmirəm".