Axtarış...

“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri yenidən dəyişib



İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə yeni direktor əvəzi təyin olunub.

“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni icra edən qurumun direktor müavini Vidadi Quliyevi nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçmiş rəisi Zahid İsayev əvəz edib.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz