"2020-ci ildə icmal büdcə vasitəsilə maaşların və sosial müdafiə xərclərinin 35% artımı proqnozlaşdırılıb".
Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev manatın inflyasiya təzyiqinə dayanıqlılıq qabiliyyətinə münasibət bildirərək "facebook" hesabında paylaşıb.
Rövşən Ağayev Rövşən Ağayev
İqtisadçı qeyd edib ki, potensial olaraq istehlak bazarına təzyiq göstərəcək xərclərin belə kəskin artımı şəraitində inflyasiyanı aşağı həddə - hökumətin proqnozlaşdırdığı 4.6% səviyyəsində saxlamaq nə dərəcədə mümkün olacaq: "Nəzəri olaraq mümkündür, amma gərək ev təsərrüfatlarının büdcə vasitəsilə əldə edəcəyi əlavə 4.5 mlrd. manat (ümumilikdə isə 13.7 mlrd. manat) vəsaitin bir hissəsi qənaətə yönəlsin, bütün artımların istehlak bazarına daxil olacağı şəraitdə inflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq. Bunun üzərinə kreditləşmənin, xüsusilə istehlak kreditlərinin yenidən sürət götürməsi hesabına pul emissiyasında bankların rolunun artmasını da gəlin.
Rövşən Ağayev - Qrafik
Qrafikə baxın, 2005-2019-cu illərdə icmal büdcənin sosial müdafiə xərclərinin artımı və inflyasiya tempi arasında əlaqəni göstərmişik. Çox kiçik istisnalarla burda düz əlaqə aşkar görünür. Xüsusilə də 2005-2008-ci illərdə sosial xərclərdə 30-40%-lik artımlar ikirəqəmli inflyasiyanı stimullaşdırıb. Nəzərə alaq ki, həmin dövrdə də məzənnə sabitliyi idxal inflyasiyasının qarşısını alıb".
R.Ağayev bildirib ki, inflyasiyanın və sosial xərclərin ən yüksək artdığı 2008-ci ildə sonra 2020-ci ildə hər 2 göstərici üzrə ən yüksək proqnoz var:
"Mərkəzi Bankın monetar siyasətinin, açıq bazar əməliyyatlarının inflyasiya təzyiqini azaltmaq baxımından nə dərəcədə effektiv olacağını yaxın 6 ayda görmək mümkün olacaq".