Axtarış...

Boşalmış nazir postunda kimi görmək istərdiniz – Maraqlı təkliflər var



Uzun illər nazir vəzifəsi tutan Əbülfəs Qarayevin fəaliyyəti cəmiyyətdə daim tənqidlə qarşılanırdı

Bu gün Prezident İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad etdi. Uzun illər nazir vəzifəsi tutan Qarayevin fəaliyyəti cəmiyyətdə daim tənqidlə qarşılanırdı.

Hələlik onun yerinə təyinat yoxdur. Maraqlıdır, vətəndaşlar kimləri bu posta layiq görürlər. Bu suala aydınlıq gətirmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirilib. Beləliklə:

İlkin Həsənli: “Faiq Ağayev”.

Təranə Xudabaxşıyev: “Qənirə Paşayeva olsun”.

Rəşad Əliyev: “Hər hansı sahədə işi yaxşı görmək üçün o sahədən olmaq kifayət deyil. Bacarıq və həvəs olmalıdır. Həqiqətən həvəsi olmayan adam əldə olanı da məhv edir”.

Mərahim Nəsib: “Rejissor Tahir Tahiroviç”.

Cəsarət Hüseynzadə: “Milli Məclisin hazırkı deputatlarından birinin adı daha çox çəkiləcək”.

Elşən Məmmədov: “Cingiz Abdullayev”.

Zabil Mehralıyev: “Mədəniyyət naziri, ən azından mədəniyyətli olmalıdır”.

Munir Əli: “Fərhad Bədəlbəyli”.

Cavanşir Həsənli: “İstəyimizlə deyil, yəqin ki, rejissor Vaqif Mustafayev təyin olunacaq”.

Mahir Qabiloğlu: “Ədalət Vəliyev”.

Tural İrfan: “Qənirə Paşayeva”.

Gülnaz Qənbərli: “Rasim Balayev”.

Azər Mehtiyev: “Çingiz Abdullayev. Əsl nazir olası adamdır”.

Elvin Əziz: “Mədəniyyət naziri mədəniyyətimizdə xüsusi yeri olan, kino, teatr və s. sahələrdə uğur qazanmış, ən əsası bu sahədə düşüncə tərzi olan biri olmalıdır – Rasim Balayev”.

Rahim Sulduzlu: “Məncə, Mədəniyyət Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsini birləşdirmək, başına isə Qənirə Paşayevanı gətirmək lazıdmdır”.

Elnur Məmmədli: “Biz istəməklə deyil. Hansısa qurumla birləşər. Bizə Mədəniyyət Nazirliyi lazım deyil”.

Fərqanə Mehmanqızı: “Rasim Balayev”.

Anar Həsənov: “Sistem dəyişmədikcə heç kim gəlməsin. Çünki problem sistemdədir”.

Lalə Məmmədova: ““Mədəniyyət” kanalının rəhbəri Ramil Qasımov”.

Ülviyyə Həsənqızı: “Neçə gündür, ürəyimdən Qənirə xanımın (Paşayeva – red.) adı keçir”.

Tural Səftarov: “Bəhram Bağırzadə”.

Tural Etibaroğlu: “Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov”.

Kamal Əlioğlu: “Rasim Balayev”.

Vuqar Abbasov: “Bunu bizdən soruşan ilk və son ancaq siz (jurnalistlər) olarsınız”.

Xalidə Həsənova: “Qənirə xanım”.

Könül İbrahim: “Qənirə Paşayeva ola bilər”.

Rahim Sadıqbəyli: “Orxan Fikrətoğlu”.

Xalid Qarayev: “Cavanşir Quliyev”.

Anar Bayramoğlu: “Rəşad Məcid. Kifayət qədər bacarıqlı, mədəni çevrədə hər kəslə yaxşı münasibəti olan şəxsdir”.

Kamran Yunis: “Fərqi nədir, kim olacaq. Kim də olsa, heç nə dəyişməyəcək”.

Səbinə Yusuf: “Elçin Şıxlı. Mədəniyyət naziri elə-belə adam olmalı deyil, ziyalı olmalıdır (diplomlu olmaq ziyalı olmaq deyil), tarixə sahib çıxmağı bacarmalıdır. Əqidəsi olmalıdır. Sizə öz rayonumuzda (Qazax-Ağstafada) olan tarixi abidələrdən deyim: Həmişə yazdım, ancaq vecinə alan olmadı. Ağstafada İsrafil Ağanın evi sənəd üzərində tarixi abidə kimi qorunur. Ancaq həqiqətdə qorunmur. Uçmuş daşlar baxımsızlıqdan qan ağlayır. Qazaxda Şəkərin Qalası məhv olub gedir. Qazaxın İkinci Şıxlı kəndində Rus-Tatar məktəbi məhv olub gedir. Qazaxın Birinci Şıxlı kəndində İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin (Serafino) evi qəzalı vəziyyətdədir, baxan yoxdur. Ona görə də həqiqəti deməyi bacaran, mərdliyi olan, tarixi göz bəbəyi kimi sevən, ən əsası da Azərbaycan dilində mükəmməl danışmağı bacaran ziyalı insana ehtiyacımız var. Mən Mədəniyyət naziri postunda Elçin İsmayıl oğlu Şıxlını görmək istəyirəm”.

Elbəy Ağayev: “Leyla Əliyeva”.

Ramil Əhmədov: “Qənirə xanım. Əla olar”.

Aygün Musayeva: “Ümumiyətlə, bu Nazirlik lazim deyil. Muzeylərin Muzeylər İdarəsi var. Aktyorların öz birliyi var, müğənnilər ortada avaralıq edirlər. Kitabxana ayrıca fəaliyyət göstərsin. Tarixi abidələrin də qurumu var, deyəsən. Nəyə lazımdır, boş-boş kağız-kuğuz, bina, işıqpulu, işçi filan saxlamaq?! Neyniyirlər ki, guya?! Mən ehtiyac görmürəm Mədəniyyət Nazirliyinə”. \\AYNA
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz