İxtisasca inşaatçı (“Sənaye və mülki tikinti”) olan, uzun müddət Kənd Təsərrüfatı Nazirliyində "Nəzarət-Təftiş (?!) idarəsinin rəisi işləmiş, hazırda nazir müavini postunu tutan İlham Quliyev də vəzifəsi ilə vidalaşmaq üzrədir.
İnşaatçının nazirliyin Nəzarət-Təftiş İdarəsinə rəhbərlik etməsi özü ciddi suallar doğurur. İlham Quliyev fermerlərə, sahibkarlara dövlət tərəfindən ayrılan milyonlarla subsidiyaların "bölüşdürülməsinə" nəzarət edib. Bu günədək İsmət Abbasov, Heydər Əsədov kimi nazirləri yola salıb. Ancaq bütün bunlar cənab İlham Quliyevə KİFAYƏT etməyib.
NUH.az-a daxil olan məlumata görə, yeni nazir İnam Kərimov xeyli müddətdir öz müavini olan İlham Quliyevlə vidalaşmaq istəyir. Amma müavinin "arxa"sı güclü olduğundan bu mümkün olmayıb. Son günlər baş verən ciddi kadr dəyişiklikləri deməyə imkan verir ki, İlham Quliyev yaxın vaxtlarda öz vəzifəsi ilə vidalaşacaq.