Bu gün dünyanı öz cənginə bürümüş korona virusu , insan həyatını və dövlətləri bütün sahələrdə öz riski altına almışdır.Bu durumlarda hər bir dövlətin təməli olan oz millətini qorumaq, heç bir sorğusuz əsas vəzifə borcudur.Vətandaşların dövlətdən ən kiçik ehtyaclarına əlbətdə tələb etməsi,sosial dövlətlərin qurluşnun təməl prinsiplərini əsaslansada, yenə unutmayaqki dövlətin gücü onun xalqı və milli sərvətindədir.Dünyanı iqtisadi qüdrəti,hərbi birləşmələri ilə fəth edən ölkələlər, pendemiya nəticəsində öz ölkələri daxilində yaranmış vəziyyətdən çıxmaq üçün ciddi çətinliklərlə qarşı qarşıyadır.Gördüymüz qlobalizasiya adi deyil yeni idarə etmədir.Dövlətlər bu dövürdə öz daxili və xarici siyasətində ciddi dəyşikligə getmək məcburiyyətində qalır.Bu gündən xəstəlik kimi gördüymüz pondemiya insanları bizdən almağa çalışırsa ,gələcəkdə yarada biləcəyi ciddi siyasi, iqtisadi krizlər daha dərin böhranlar yarada bilər.Siyasi,iqtisadi güclər yeni bazar münasibətləri yaratmaq,daha çox bazara sahib olmaq üçün zəifləmiş dövlətlələri öz nəzarətlərinə götürməklə,hətta xalqların öz müqədaratını həll etmə anlayışınıda şübhə altına ala bilər.Bugün daxili problemlərini həll etməyə çalışan imperalist dövlətlər,sabah siyasi ,iqtisadi itgilərinin yerini doldurmaq üçün hansı addımlar atacaqları məlum deyil.İmperalist güclər arasındakı siyasi,iqtisadi mübarizələr sonda kiçik dövlətlər üçün yeni problemlər yarad bilər.Necəki dünya siyasətində böyük dövlətlərin bir başa başcıları və ya onların ayrı ayrı ekspertləri,siyasi partiya nümayyəndələri tərəfindən səslənən fikirlər buna sübutdur.
ABŞ - nın Cinə iqtisadi sanksiya ,İrana müharibə təhdidləri,Rusiyada yenə keçmiş sovet ölkələri ilə ittifaq birlik kimi anosların verilməsi,orta doğuda ,Livyada bitməyən müharibələr gələcək üçün yaxşı vədlər vermir.Dünya tarixindən bizə məlumdurki döyüşlərdən qalib çıxan dövlətlər masada söz sahibinə malik olub.Belə olan halda görünən problemlər dövlətlə bərabər, hər bir vətandaş üçündə məhsuliyyət və cavabdehlik yaradır.Yaranmş pandemiya birdaha gösdərdiki hərbir xalq və dövlət yaranmış dərin ,çox ağır qarşılaşmış çətinlikləri öz gücləri hesbına həll edə bilərlər.Hətdah diqqət yetirsəniz öz siyasi,iqtisadi ,mədəni və mənəvi birlikləri ilə özlərini dünyaya örnəg göstərən Avropa İttifaqı gözlənilməz bu acı həqiqət qarşısında ittifaq birliglərini göstərə bilmədi.Vəziyyətin ciddliyini dərk edərək bu gündə görünən odurki xalqlar və dövlətlər yaranmış pandemiyanın hazırkı fesadlarını və gələcəkdə baş verəcək ağır nəticələrini aradan qaldırmaq üçün yalnız birlikdə olmaqla həll edə biləcəklər. Yaranmış kornovirus pendemiyası bizi dövlət və millət olaraq səfərbərliyə,bir olmaqa, dövlətin gücünə,millətin birliyinə arxalanaraq böhranı həlledə biləcəgimizi gösdərir. Millətin və dövlətin birliyi üçün siyasi baxşından ,dini inancından aslı olmayaraq hərbir vətəndaşmızın bir-birinə olan küskünlükləri tam kənara qoyaraq dövlətin yanında olmaqları ilə gösdərməlidirlər.Dövlətin bu çətin,ağır günlərdə nə edə biləcəksə,qarşımıza qoyulan tələb və öhdəliklər nədən ibarətdirsə bir vətandaş olaraq yerinə yetirməklə bərabər,çıxış yollarında öz təkliflərimizlə bərabər , çatışmayan hallarıda bildirməliyik.Bu qaranlıq dünyadan gələn işıqın hansı bizim yolumuza aydınlıq gətirəcəyinə doğu ,elmin gücünə, tarixin bizə verdiyi dərslərinə inanaraq hərəkət etməliyik.
Azərbaycan Respublikası prezdenti cənab İlham Əliyevin bu gün dövlət başcısı olaraq başlatdığı tədbirlərə,”biz birlikdə güclüyük” çağrışına dəsdəkləyərək onun ətrafında daha sıx birləşməg zamanıdır.Bu işdə siyasi düşüncəsindən aslı olmayaraq iqtidar,müxalif və dövlətin öz strukturunda mərkəzi və regionda olan məhsul şəxslər,alimlər,iş adamları yalnız birlig nümayiş etdirməklə içmizə daxil olmuş gözə göünməz düşmənə qalib gələ bilərik.Yaranmış vəziyyətin cidliyini hərbir vətandaşın düşünərək mövcud vəziyyəti nəzərə alması lazımdır.Hadisələrin doğru, düzgün qiymətləndirilməsi ilə yalnız onu qarşılayıb, qalib gələ bilərik. Qarşılaşdıqmız çətinliklərə qalib gəlməymiz üçün ən böyük işlər dövlətin olsada ,vətandaş olaraq bizim öhdəliklərlə bərabər, yerinə gətiriləcək vəzifələrimizdə var.Mübarizə yolmuz birincisi qeyri şərtsiz korono virusun yaratmış olduqu xəstəliyin proflaktikası və müalicəsini təşkil etməklə daha geniş yayılmasının qarşısını almaq.Dövlət bu yolda öz adımlarını ataraq maddi texniki bazanı təşkil edir ,qabaqlaycı tədbirlərini görür.Bu tədbirlət içərisində hüquqi aktlar, xəstəliyin artıq yayılmaması üçün ,xaricdən gəlmə təhlükəsini nəzərə alaraq ölkə daxilinə giriş və çıxışları dayandıraraq, qarantin tətbiq olunması ilə insan təmaslarının minuma endirməsi və s..
Tibbi nöqtdən müalicə və proflaktik tədbirlərdə ilk növbədə həkim və tibbi personalların ön cəbhə olaraq işlərə cəlb olunmaları,tibb çalışanlarının həyat təhlükəsizliyi üçün tibbi maddi texniki baznın saxlanmasıdır.Hazırda düşünsək ki, pendemiya tam sonlanmayıb, həkimlərimizin xəstəliyin müalicə işnin təşkilində spesfik və simtomatik müalicədə ÜST-un tövsiyələri ilə bərabər ,Operativ Qərargahda alimlərdən ibarət bir qurup yaratmalı ,dünya alimləri ilə davamlı təmas saxlamaqla, alınmış yeni müalicə üsullarını,nəticələrini alimlərmiz,həkimlərlə birgə dəyəndirlərək təşkil edilməlidirlər. Xəstəliyin törədicisini,potogenezni, xüsusiyyətlərini öyrənməg üçün mütəxəsislər cəlb olunaraq mərkəzi ixtisaslaşmış araşdırma labaratoriyası yaradılmailıdır.Əlbətdə cənab prezdentin tapşırıqı və yaxından dəsdəyi ilə tibbi maska istehsalının başlanması,yeni xəstəxananın açlışı xəstəliyin önləyci,müalicəsiüçün çox böyük tədbirlərdəndir.Bunularla yanaşı ölkəmizdə əlavə istehsal oluna biləcək ,tibbi avadanlıqların,antiseptiklərin,hətta mükün olduqca əsas lazım ola biləcək dərman preparatlarının istehsalını,pendemiyanın artması davam edərsə,mövcud binaların xəstəxanalara cevilə bilməsi üçün ilkin hazırlıq işlərinin görülməsi vacib şərtlərdəndir.
Amansız xəstəliyin qarşısını almaq üçün dövlətin yanında olmaqla hər birimiz görülən işlərərə dəsdək olmaqla yanaşı öz bilgi və bacarıqlarını Operativ Qərargaha bildirilməliyik.Ən həssas nöqtələrdən biri tibbi bigilərin, alimlərin, həkimlərin fikir və rəylərini KİV-ə verilərn məlumatların nəzərə alınaraq açıqlanmasıdır. Ayrı ayrı ixtisas həkimlərimizin,nüfuzlu ziyalılarımızın,mədəniyyət xadimlərinin KİV də,eyni zamanda sosial şəbəkələrdə verdikləri məsləhətlərə yox, ixtisas sahblərinin fikir və tövsiyələrini dinləmək lazımdır.Bunu nəzərə alaraq məsləhət vermək istiyən hər bir insan öncədən düşünərək açıqlama etməlidir.İkinci dövlətin yaranmış vəziyyəti nəzarətə götürüb tədbirlərini davam etdirməklə bərabər, vətandaşların sosisal həyat şərtlərini yerinə gətirməg, gələcəkdə yaşam şərtlərini yaxşılaşdırmaq üçün ayrı ayrı dövlət qurumları aktiv fəaliyyəti ilə hər bir sahə təhlil olunmalı,ehtiyat qida,lazım olan həyatı ehtiyac malları araşdırılmalı,gələcəg üçün nə etməli kimi mühüm vəzifələr həll olunmalıdır. Ölkə başcısının onlayın vido konfransında bildirdiyi kimi bütün dövlət qurumları o cümlədən ,İqtisadi İnkişaf Nazirliyi bütün dövlət resuslarını və mənbəylərini araşdıraraq geniş strateji plan hazırlamalıdır.Mövcud sənaye müəssələrinin iş prinsiplərini öyrənməli,lazım gəldikdə bu günki mövcud ehtiyaca uyğun olan müəssələrə çevrilməsi üçün ilkin hazırlıq işləri aparılmalıdır.İdxal və ixracatın ölkə iqtisadiyyatında yeri müyyənləşdirilərək, görüləcək tədbirlər hazır olmalıdır.Maliyyə nazirligi,Mərkəzi Bankla birlikdə pul dövriyəsini ,kreditləşmə ,borc kreditlərinin qiymətləndirilməsi,bugün istehsalçı və istehlakççılar arasında maliyyə münasibətlərinə baxaraq həll etməlidir.
Kəndtəsərüfatı Nazirliyi dövlətin qida təminatına yerinə gətirməsi ərzaq ehtiyyatı üçün məhsulu əldə etməgdə üzərinə düşən bu tarixi önəmli vəzifəni həlletməg üçün çox böyüg işlər görməlidir.Unutmayaqki kəndtəsərüfatı insan sağlıq qədər strateji bir sahədir.Artıq yaz qapımızdadır, əkin vaxtıdır, bütün torpaq sahələri araşdırmalı hansı qida məhsullarına ehtiyac, olacağını nəzərə alaraq durmadan hərəkət planını təqdim etməlidir.Kəndtəsərüfatı üçün ən əsas su mənbəyləri müəyyənləşdirməli, suvarma üçün lazımı tədbirlər görülməlidir. Kiçik emal sənayesi üçün projelərin ,xüsusi anbarların hazırlanması istehsalçı ilə istehlakçı arasında gələcək qida təminatında əsas ola bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Komitəsi,Stastika komitəsi əhalinin yaş qrupunu,əmək qabiliyyətliyini , həyatı ehtiyac olan vətandaşlarımızı cox dəqiq şərtlər daxilində öyrənilməlidir.Yüksək ixtisaslı mütəxəssilərin və peşakar sərişdəyə malik olan insan rüsurlarının qrupları hazırlanmalı.
Rabitə və texnologiyalar Nazirliyi müasir texnoloji elektron vasitələri əsaslanaraq dövlət,özəl müəssələr ,hətta vətandaşların birgə əlaqə yarada biləcəkləri vəziyyətə gətirməlidir. Televiziya və radioların bu işlərin həll edilməsində cəlb edilməsi qaçılmazdır.Təhsil Nazirliyi təhsilin hərbir sahəsində bu günün tələbinə uyğun tədbirlər planı hazırlamalı, tələbələr,şagirdlərlər üçün onlayın disdansion sistemində tam mütəşəkil,aktiv , davamlı bir hala gətirməlidir.Bunun üçün internetin hər bir evə çatması üçün müvafiq dövlət strukturları ilə birgə plan hazırlayıb həyata keçirməlidirlər.
Yaranmış vəziyyət bizə onu gösdərirki,bu gün aparılan mübarizə tək xəstəliklə deyil,yarana biləcəg çox dərin hərbir dövlət və millətin həyatı üçün əhəmiyyətli olan iqtisadi böhranla qarşı qarşıya qoya bilər.Yeni bir anlayş yaranır dünya ya ayrılaraq hərbir dövlət özünü izaliya olunmuş saxlayacaq ,yaxud bir olacaq. Bu mənada dünya alimlər, tarixçiləri, siyasətçiləri, ekspertləri fərqli fikirlər bildirməkdədir.Aydın olan odurki, bugün nəqədər mübarizə xəsdəliklə aparılsada,eyni zamanda dünya tarixnin yeni iqtisadi ,hərbi mübarizə modelini başlanğıcıdır.
Dünya yeni bir iqtisadi,siyasi düzənləməylə gedə bilərki,buda dövlətlərin,xalqların öz müqadaratının həlli yolunda yenidən imperalist güclərinin rolu anlayışların işarətlərini verir.Biz əlbətdə bütün bu düşüncələrə hazır olmalıyıq ,bir olmalıyıq birlikdə olmalıyıqki dövlətmizi,xalqmızı dünyaya yeni iqtisadi ,siyasi baxışdan yenidən qurmağa çalışanların əsarətinə düşməyəg.Uzun müdətdir aparılan siyassətdə, əsasən sosial dövlət anlayşı özü bugün,öz vətəndaşı üçün hərbir təlabatını,arzu-istəyini təhlükəsizliyini təmin edəcək yeganə mənbəydir.Belə olan hallarda vətəndaş üzərinə düşən etməli, dövlətin uyğun gördüyü qanun və qaydalara riayyət etməklə, dövlətin gücü onun xalqındandı deymini şüar etməklə dövlət öz gücünü ,millət birliyi ilə birləşdirərək yaranmış və gözlənə bilən iqtisadi,sosial çətinliklərdən çıxa bilərik.Unutmayaq ki,xalqımızın milli dəyərləri, adət ənlələri dini inaclarımızda bu yolda bizim əsas örnəyi olmalıdır.Böyüklərimizə hörmət, uşaqlarımıza öyüd nəsiyyət,qonşuya,imkansıza,fiziki qüsurlularla maddi imkanları olanların yardımlaşma, bölüşmə kimi babalarmızın-atalarımızın,nənələrimizin-analarımızın öyüd və nəsihətləri keçdiyi, yollar bizim ən böyük örnəyimiz olmalıdır.Dövlət başcısının son ildə apardığı kadır siyasəti,idarəçilig üsulunda dövlət məmurlarının yeni keyfiyyətlərin aşılandırması,tövsiyələr verməsi sanki bu günün hazırlıqı kimidə düşünməg olar.Məmurların xalqa daha çox yaxınlaşması regionlarda problemlerin öyrənilməsi,bir qisim şəxslərin cinayyət məhsuliyyətinə cəlb olunması kimi faktlar dövlət gücünün,millət birliyinin birləşməsinə səbəb ola bilmişdir.Həyata nikbin baxaraq bir millət olaraq hər bir çətinliyə qalib gəldiymiz kimi bu amansız düşmənədə güc birlikdədir deyərəg qalib gələ bilərik.
Unutmayaq bugün yaranmış vəziyyətdən çıxış yolunda cənab prezdent İlham Əliyevin öncədən regionlarda həyata keçirdiyi sosial proqlamlar sanki bu çətin günümüzə hesablanıb.Birçox rayonlarda səhiyyə islahatlarını zamanında həyata keçirilməsi, yeni xəstəxanaların tikilməsi, mövcud xəsdəxanalarda yenidən qurma işlərinin aparılması ,maddi texniki bazlarının yenilənməsi,gənc nəslin təhsilində olan dönüş hesabına o cümlədən həkimlərimizin yüksək ixtisas alması üçün ölkəmizdə müəllim və tələbələrimizə yaradılan mövcud şəraitin yaxşılaşdırılması, qonşu ölkələrlə apardığı qarşılıqlı təhsil proqramları əsasında,daha yüksək ixtsaslı mütəxəsislər olaraq vətənmizə dönməsi bu gün çətinliklərin az itgi ilə geridə qalmasına köməg edə biləcək.Hazırlıqlı həkimlər ordumuzun olması ,mərkəz və regionlarda tibbi yardımların yüksəg səviyyədə gösdərilməsinə şərait yaradır.
Hadisələrin əsas mənbəyi olan koronovirus xəstəliyi COVİD-19 da, əlbətdəki tarix boyu infeksiyon xəstəliklər olmuş ,sonda ağır fəsadlara yol açaraq ,insan təlafatı,dərin iqtisadi çətinliklər yaratmışdır.Bu gün COVİD-19 virusna tam qiymət verə bilmirik ,çünki ayrı ayrı araşdırmalarda fərqli açıqmalar gəlir,bildigmiz odurki insandan - insana əsasən müxtəlif təmasla yayıla bilir,orqanizmində ciddi potoloji dəyşliklər edərək, Bu xəstəlik üzvülərin funksialarını tam pozaraq müəyən faizdə ölümlə nəticələndirə bilir.Bununla iqtisadi nəticələri düşünmədən bu döyşün əsas mübarizləri həkimlərmizdir.Xəstəliyin müalicəsində əsas həkimlərdisə,proflaktikası mülicə qədər əhəmiyyətlidirki bunuda təşkil etməg həkim tövsiyələri ilə bərabər dövlət və millətmizin birligi üzərinə düşür.
Qarantin şərtləri yüngüləşsədə bilməliyiki aparılan tədbirlər hesabına xəstəliyi süni şəkildə azalmasına nail olnub.Aramızda nəqədər daşıycı ,nəqədər xəstə var tam bilinmir,bunları bəziləri izalyasiya hesabına təcrid olunmuşdur,odurki qarantin şərtləri yüngüləşsədə özmüzü qorumaqı bacarmalı, verilən tövsiyyələrə əməl etməliyik. Müalicə tam etioloji olaraq aparılması mümkün olmadıqı üçün həkimlər ,məcburi olaraq simtomatik müalicələri daha geniş tətbiq edirlir.Çətinliyin biridə odurki bu virus tez bir zamanda mutatsiya uğradıqından hər bir ölkədə yni tip virusala rastlanır. Dünyada tətbiq olunan müaicə üsulları müxtəlif,simtomatik əlamətlərə görə olsada, aparılan mülicələrin efektli nəticələrini artıq görməkdəyik.Ayrı ayrı ölkələrdən sevindirici xəbərlər gəlir ,hətta qardaş Türkiyyədə 75,86,100 yaşında coronovirusdan xəstə sağalaraq evə yazıldı.Odurki vətandaşlarımızda pisxoloji gərginlikdə,panikaya girməməlidirlər,həkimlərmizə inanaraq onların verdiyi tövsiyələrinə ciddi yanaşmalı və əməl etməlidirlər.Yaşayacaqnız bu dərin paniklər gələcəkdə bir çox xəstəliklərin başlanğıcı ola bilər.Dünya tibbində bu gün durmadan ,bizimdə alimlərin araşdırmaları xəstəliyin müalicəsi proflaktikası yolunda elimi tədqiqatçılar tərəfindən geniş şəkildə öyrənilir.
Bəzi inkişaf etmiş ölkələrdən fərqli olaraq bizdə xəstəliyin ilkin əlamətləri , virusun pozitivliyi belə aşkar olunursa həmin şəxslər müalicəyə,nəzarətə cəlb olunur.Bunu vurğulamaq lazımdırki dünyanın bir çox inkişaf etmiş ölkələrində dünyanı əsrinə almış koronavirus qarşısaında nisbi acizlik edərək,testlərin məhdudlu olması,xəstəxana yetməməzliyi,xəstələrin fəsadlaşma olmadan stasionar mülicəyə qəbul edilməmələri,sığortaların xərcləri qarşılamadıqı halda ,öz hesablarına ödəmə kimi faktorları unutmayaq.
Dövlətmizin isə bu gün insan sağlamlıqı üçün attdıqı addımları,qərarları hər birimiz dəsdəkləməliyik. Müalicədə son vaxtlar koronovirusdan sağalmış insanların qanından plazma ayrılaraq,immun plazmanın yeni xəstələnmiş insanlara köçürülməsi müalicədə yeni bir ümüd yaradıb.Əlavə olaraq müalicələr əsasən simtomatik olaraq aparılır.Ən mühümü xəstələrin vaxtında aşkar olunmasıdır ki,buda dövlət tərəfindən yenədə təşkil olunmuş,şübhəli,xəstə insanlarda test müayyinələrinin aparılmasıdır.Aparılmlış testlər zamanında xəstəliyi üzə çıxarmış olurki, buda virusun geniş yaylmasının qarşısına almağa,xəstəliyin ağır fəsadlar vermədən aşkar olunmasına,reanimatsiyon tədbirlərə ehtiyac olmadan müalicə olunmalarına imkan verir. İzalyasiyanın tətbiqi,evdə qal çağrışı hər bir şəxs üçün müaliçənin,xəstəliyə yoluxmamaq üçün ən düzgün tədbirdir.Hər hansı yerdə olmasından aslı olmayaraq küçədə,iş yerlərində,alış veriş və hər hansı toplumda olursunuzsa ən azı 1,5 metir məsafə gözləməklə qoruyucu maska geyinməsi sağlıqnız üçün ən mühüm təminat amilidir.
Sanitargigeynik qaydalara,əl yumaq,dezenfeksiya edicilərdən istifadə,evə gəliş zamanı virusdan qorunma şərtlərinə əməl etmək,sizi xəsdəliyə yoluxmadan qoruyan əsas şərtlərdi.Ən əsası ümüdsüz olmaq qətiyyən qəbul edilməzdir,hərbir dərdin dərmanıda var,deymini xatırlamalıyıq ,ixtisaslı həkimlərimizin tövsiyə və müalicələrinə inanaraq öznüzü güvənli hiss etməlisiniz.Qarantin şərtlərinin azaldılması bizi arxayın etməməlidir.Dünya alimlərinin araşdırmaları xəstəliyin yenidən ikinci dönüşünü inkar etmir.Birçox ölkələrdə pendemiya tədbirlərinin yumşaldılması xəstəliyin yayılma tezliyinin düşməsinə əsaslanaraq qeyd edilsədə, yenidən xəstəliyin artımı qeyd edilmişdir.Odurki nə qədər qarantin tədbirləri azldılsada sağlamlıq üçün pendemiyadan doğan qanun və tövsiyələrini unutmamalıyıq.Əlbətdə ümüdsüzdə olmaq olmaz, elmi araşdırmalarda davam edir, tezliklə peyvəndlərin alınması, yeni müalicə üsullarının təyyini üçün çalışmalarda nəticəsini verə biləcəki, buda böyük gözləntilərdi.Əsas odurki özmüzü və başqasını virusun təhdididindən qorumaq üçün qarantin şərtləri yüngüləşsədə xəstəlik tam aradan qaldırılmayana kimi qoyulmuş şərtlərə ciddi dərəcədə riayyət etmək əsas şərtdir.
Xalqmızın diqqətinə çatdırmaq istəyirəm,son vaxtlar sosial şəbəkələrdə polislərimizlə bağlı müxtəlif fikirlər səsləndirilir,unutmayaq daim millətmizin asayşini qorumaqla gecə gündüz bilmədən çalışan vətənmizin övladlarıdı.Vətənimizin ən ağır günündə ön cəbhələrdə öz canlarını siper edən düşmənlə qarşı qarşya ağır şərtlər daxilində mübarizə edən insanlardı.Bu gündə içtimai əsayışı qorumaqla, pendemiyanın yayılmasının əsas qalxanı olan evdə qal çağrışına uymayanların marifləndirməsi ,inzibati xətalarının bildirərək,bizim təhlükəsizliymizin qarantı polisimizdir.
Odurki gəlin cənab prezden İlham Əliyevin “biz birlikdə güclüyük”çağrışına dəsdək olaraq,ı sağlığmızı HƏKİMLƏRİMİZƏ,təhlükəsizliymizi POLİSMİZƏ əmanət edərk dövlət gücünə,millət birliyinə inanaraq tarixin bizə verdiyi bu bəladan qurtaraq,gələcəyə daha aydın baxaq....