Bir neçə gün bundabn əvvəl cənab prezident İlham Əliyevin əmri ilə Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.
Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.
Lakin cənab prezident İlham Əliyevin tapşırıqları nədənsə qulaq ardına vurulur. Məsələnin mahiyyətini dəqiqləşdirmək üçün əməkdaşlarımız geniş araşdırma apararaq bir neçə mühüm faktlar aşkar edib. Beləki Bakı şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım idarəsinin Köməkçi Yardımçı Stansiyalarında fəaliyyət göstərən həkim , feldşer , sürücü və sanitarlara tarif şurası ilə müəyyən edilmiş əmək haqqının 4 misli ödənilmir.
Araşdırma zamanı əldə etdiyimiz dəqiq məlumata görə bu məbləğin ödənilməməsinə səbəb Təxirəsalınmaz Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyev ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ( TƏBİB ) idarə heyətinin sədri Ramin Bayramlı ilə aralarında olan anlaşılmazlıqdır. TƏBİB in yeni yaranmasına baxmayaraq yaranmış mövcud vəziyyətdən sui istifadə edib özünə gəlir qazanmaq məqsədilə Təcili Yardım işçilərinə ayrılmış olan məbləği mənimsəmək qərarına gəlib. Beləki, tarif şurasının qərarı ilə yeni müəyyən edilmiş əmək haqqının 4 mislini köhnə tarixlə müəyyən edilmiş tarif şurasının əmək haqqı ilə ödənilməsinə qərar verib. Və bu səbəbdən Rauf Nağıyev ilə Ramin Bayramlı arasında mübahisə yaranıb. Dövlət Sığorta Ağentliyinin nəznində olan TƏBİB - in cənab prezidentə XƏYANƏT etməsi aşıkardır.
Bildirmək istəyirik ki, İlham Əliyevin göstərişinə əsasən beş gün müddətində həll olunmalı olan məsələ yeni yaranmış qrumun özünə gəlir əldə etməsi məqsədilə 1 aydan çoxdu ləngidilir.
Hamının bildiyi kimi fəaliyyət göstərdiyi gündən bu günə qədər Təcili Yardım Stansiyaları əhaliyə pulsuz xidmət göstərməkdədir. Və bu gündə COVİD 19 virusu ilə mübarizədə Təcili Yardımın bütün əməkdaşları Həkim, Feldşer, Sürücü , Sanitar hətta ambulator işçilər belə sinələri qabağa verib ölümlə üz - üzə mübarizdən çəkinmirlər. Araşdırma zamanı bir neçə Təcili Yardım əməkdaşlarının dilindən eşitdiyimiz bu sözlər isə bizi qürurlandırsada TƏBİB i çox utandıracağına əminik.
Əvvəla biz Təcili Yardım əməkdaşları olaraq cənab prezident İlham Əliyevə bizim əməyimizə qiymət verdiyi üçün minnətdarlığımız bildiririk, bildirmək istəyirik ki, sizin diqqət və qayğınız sayəsində biz daha da inamla işləyir və xalq xidmət göstərməyə çalışırıq. COVİD 19 virusu ilə mübariziyə görə əmək haqqlarımıza gəlincə bildirmək istəyirik ki, siz maaşlarımızı artırmasaydınız belə biz yenədə canımızla , qanımızla
bu xalqa xidmət edəcək və həyatımız bahasına olsa belə dünyanı cənginə alan COVİD 19 virusunu məhv edəcəyik.
Lakin belə bir atalar misalı var. Deyir ki, Bəy verən atın dişinə baxmazlar. Elədir, bizdə baxmadıq. Amma TƏBİB in verdiyinə gəlincə onlara bu atalar misalı daha çox uyğun gəlir. Donuzdan bir tükdə qənimətdir.
Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq!
Teref.az