Rusiyanın Yaroslavl vilayətinin Danilov şəhərinin meri İvan Sveçuşkin və onun həyat yoldaşı yaşadıqları evdə yanaraq həlak olublar.
“İnterfaks” agentliyi xəbər verir ki, bu barədə Danilov şəhərinin bələdiyyə sədri Aleksandr Smirnov məlumat verib.
İvan Sveçuşkin 1975-ci ildə anadan olub. 2018-ci ildə Danilov şəhərinin meri seçilib.