Krım Muxtar Respublikasının Sevastapol şəhərinin Leninskiy rayonu ərazisində yaşayan azərbaycanlı iş adamı, 1970-ci il təvəllüdlü Qubadov Qubad Qasım oğlu və həyat yoldaşı 1980-cı il təvəllüdlü Qubadova Marina Vladimirovna yaşadıqları evdə ölü tapılıblar.
Open.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 7-si günü, ailənin iki yeniyetmə övladları axşam evlərinə döndükdə valideynlərini evdə ölmüş vəziyyətdə görüblər. Meyitlərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Ailənin övladlarından biri hadisə səbəbindən keçirdiyi sarsıntıya görə xəstəxanaya yerləşdirilib. Q. Qubadov uzun müddətdir Krımda yaşayıb, bir neçə xırda maqazin sahibi olub.