Axtarış...

Rusiyada növbəti dəhşətli yanğın: bir evdə 6 nəfər yanaraq öldü, 3-ü uşaqdır

Rusiyada növbəti dəhşətli yanğın: bir evdə 6 nəfər yanaraq öldü, 3-ü uşaqdır
Rusiyanın Kemerovo vilayətinin Tisul yaşayış məntəqəsində bir evdə yanğın baş verib.

Millitv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Onlardan üçü uşaqdır.

Yanğının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin noyabrında Kemerovo vilayətinin Yurqa qəsəbəsində baş vermiş yanğında bir evdə 8 nəfər ölmüşdü.
Text-to-Speech

DİNLƏ






Şərh yaz