Axtarış...

"İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... - xalis mənfəəti 2 dəfə azalıb



"İpək Yolu Sığorta" ASC 2019-cu ili 877 manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 48,2% və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "İpək Yolu Sığorta"nın gəlirləri 39,191 milyon manat (illik müqayisədə 89,1% çox), xərcləri 38,095 milyon manat (2,05 dəfə çox), mənfəət vergisi ödəmələri isə 219 min manat (48,2% az) təşkil edib.

Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 70,529 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,2 dəfə artaraq 47,762 milyon manata, balans kapitalı isə 2,3% artaraq 22,767 milyon manata çatıb.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silk Vey Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz