“Günay Sığorta”nın bu ilin yanvar-oktyabr ayları üzrə göstərciləri ürək açan olmayıb.
FED.az xəbər verir ki, ötən ilin 10 ayı ilə müqayisədə bu ilin həmin dövründə sığorta şirkətinin yığımlarında və ödənişlərində azalma müşahidə olunub.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında 5 milyon 243 min manat sığorta haqqı topladığı halda hu ilin həmin dövründə bu göstərici 180,30 min manat və ya 3,43% azalaraq 5 milyon 063 min manat təşkil edib.
Qeyd etdiyimiz kimi şirkətin sığorta ödənişlərində də azalma müşahidə olunmaqdadır. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında müştərilərinə 2 milyon 726 min manat sığorta ödənişi verən şirkət bu il ödənişi 1 milyon 389 min manat və ya 50,29% azalaraq 1 milyon 336 min manat təşkil edib.(FED.az)