Axtarış...

Ərdoğanın Berlin səfəri: Merkel çətin vəziyyətdədir, hər an...

Ərdoğanın Berlin səfəri: Merkel çətin vəziyyətdədir, hər an...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransındakı söz oyunu Almaniya kansleri Angela Merkelin nə qədər çətin vəziyyətdə olduğunu sübut etdi.

Axar.az xəbər verir ki, bu iddia ilə “Cümhuriyyət” qəzeti çıxış edib.

“Merkel iki ölkə arasında mətbuat azadlığı və hüquq dövləti məsələlərində dərin fərqlərin olduğunu, bununla yanaşı ortaq çıxarların da olmasını etiraf etdi. Almaniya ictimaiyyətinin bu səfərdən duyduğu narahatlığa Almaniya mediası geniş yer verdi. Əslində bunun özü də başqa bir göstərici kimi qəbul edilməlidir.

Ərdoğan bu səfəri ilə Ankaranın getdikcə dərinləşən iqtisadi böhranın təsirlərini yeni xarici əlaqələrlə yumşatmaq məcburiyyətində olduğunu istəmədən elan etmiş oldu. Amma Ərdoğanın investisiya və borc xahişi etdiyi AB-nin hegemon ölkəsi də siyasi böhranın içinə yuvarlanır. Merkel hər an vəzifədən gedə bilər. Hətta Almaniyanın ən təsirli gündəlik iqtisadiyyat qəzeti “Handelsblat” dünən Merkelin böyük rəsmini paylaşaraq, Almaniya kanslerinin istefaya gedə biləcəyi xəbərini yaydı. Həftə ərzində Merkelin namizədi Volker Kauderin kansleri dəstəkləyən blokun parlamentdəki fraksiyalarının rəhbəri vəzifəsinə keçirilən seçkini qazana bilmədi. Nəticədə Merkel açıq üsyanla üz-üzə qaldı. Ərdoğanın Almaniya gəlməsi və onun üçün yerə qırmızı xalçanın sərilməsinə Almaniya seçiciləri sərt reaksiya verdi. Bu isə onsuz da gərgin olan ortamı daha da gərginləşdirdi. Ultrasağçı AfD partiyası bu ziyarətə ən sərt reaksiya göstərən və səfərdən ən çox udan partiya oldu” – deyə qəzet bildirib.

Qəzetin iddiasına görə, Almaniyada yaranacaq böhran Türkiyənin Berlinlə yaxınlaşmaq planlarına zərbə vuracaq:

“Maraqlı məqam odur iqtisadi böhrandan əziyyət çəkən Türkiyə yoxsullaşmağa, siyasi böhrana yuvarlanan Almaniya isə qorxunc dərəcədə zənginləşməyə doğru addımlayır. Büdcə profisiti həddən artıq yüksək olan alman hökuməti ictimai xərcləri haraya yönəldəcəyini bilmir. Daxili bazarda yoxsullaşma olduğu bir zamanda, böyük iş adamlarının və hökumətin gəliri həddən artıq çoxalır. Bu da AB-nin ən zəngin ölkəsini sarsıdır.

Berlin səfəri göstərdi ki, iki böhran ölkəsinin ən təsirli şəxsləri bir-birilərindən dəstək almağa çalışırlar. Ərdoğan hökuməti bölgədə Almaniya iqtisadiyyatı və siyasətinin əvəzedilməz yerə sahib olduğunu bilir. Avropanın ən zəngin ölkəsində yaxın zamanlarda yaranacaq siyasi böhran Türkiyənin Berlinlə yaxınlaşmaq planın reallaşmasını çətinləşdirəcəyini göstərir”
Text-to-Speech

DİNLƏ






Şərh yaz