Xeyli müddətdir ki, dünyanı təşvişə salan yeni koronavirusun ilk əhəmiyyətli mutasiyası aşkar edilib.
e-tibb.az xəbər verir ki, Tayvan və Avstraliyadan olan alimlər yeni koronavirus-SARS-CoV-2-nin ilk əhəmiyyətli mutasiyasının aşkar edildiyini bilidiriblər .
Artıq ilkin tədqiqatın nəticələri işiqlandırılıb. Mütəxəssislər, 54 ölkəni əhatə edən məlumat bazasına əsasən, 106 sayda COVİD-19 patogen nümunəsinin genetik strukturunu öyrəniblər. Bildirilir ki, ilk mutasiya, yanvarın 27-də Hindistanda bir xəstədən götürülmüş nümunədə aşkarlanıb. Bu mutasiya nəticəsində patogenin insan hüceyrələrinə nüfuz etmə qabiliyyəti azalıb. Yəni insan üçün daha az təhlükəlidir.
Alimlər 2002-2003-cü illərdə SARS adı verilən məşhur kəskin tənəffüs sindromunun başlanmasına səbəb olan SARS koronavirus genomunun 39 ardıcıllığı ilə yeni koronavirus haqqında məlumatları müqayisə ediblər. Nəticələr göstərib ki, ümumilikdə SARS-CoV-2 virus genomu SARS virusundan fərqli olaraq mutasiyalara nisbətən daha stabil və az həssasdır. Hətta o kəskin respirator infeksiyasına səbəb olan viruslardan daha sabitdir.
Müəlliflərin fikrincə, bu, COVID-19 peyvəndinin effektiv olacağına ümid verir. Amma hesab olunur ki, yeni koronavirusun mutasiyaları davam edərsə, peyvənd üzərində iş xeyli çətinləşə bilər. SARS-CoV-2-nin nisbətən sabit genomu epidemiyaya qarşı mübarizə üçün yaxşı bir göstəricidir, çünki mutasiya saylarının az olması vaksinlərin və antivirus dərmanlarının tezliklə hazırlanması üçün ümidvericidir.
Aşkar edilmiş mutasiyanın daha az təhlükəli olduğu virus 'tikanları" zülalını kodlaşdıran və sağlam hüceyrələrə yapışmasına imkan verən zülalın genlərinin dəyişmədiyi qeyd edilib. Bu peyvəndlərin hazırlanmasında zülallar potensial hədəflərdir.
Koronavirus (SARS-CoV-2), yayılma dövründə mutasiyaların yüksək templəri ilə xarakterizə olunan RNT virusları qrupuna aiddir. Alimlərin fikrincə, bu, vaksinin inkişafı ilə bağlı çətinliklər yarada bilər. Buna misal olaraq, onlar mövsümi qripi göstərirlər, çünki bu da demək olar ki, hər il yeni mutasiya şəklində görünür.
Müəlliflər qeyd edirlər ki, virus bütün dünyada sürətlə yayılmağa davam etdikcə daha çox genomik məlumatlar yığılır, hələ də SARS-CoV-2-n in təkamül və mutasiya dinamikasını diqqətlə izləmək lazımdır: “Biz təsdiq etdik ki, SARS-CoV-2-nin mutasiya etmə tezliyi aşağıdır, həm də digər immun xüsusiyyətləri və virulentliyi ilə yeni bir mutasiyanın artıq ortaya çıxdığını sübut etdik”.
Alimlər hesab edir ki, hələ ki nəticələr çox ümidvericidir. Yeni koronavirusun genomu çox sabit görünür, aşkar edilmiş əhəmiyyətli bir mutasiya orijinal virusdan daha az təhlükəlidir. Və virusun hüceyrəyə nüfuz etməsi üçün istifadə etdiyi S-zülalı dəyişməz qalır.