Axtarış...

“SPACE” tv-də oynanılan çırkli oyun: Tamara Məmmədova və ətrafı necə qazanır?

“SPACE” tv-də oynanılan çırkli oyun: Tamara Məmmədova və ətrafı necə qazanır?

“Space” TV-nin efirində baş verən son qeyri-etik olaylar artıq cəmiyyətdə ciddi narazılıq yaradıb.

Telekanalın müxtəlif verilişlərindəki biabırçılıq yetməzmiş kimi, yenidən həmin telekanalda qeyri-etik, efirə yaraşmayan sözlərin işlədilməsinin şahidi oluruq. Amma son məlumatlar bu telekanalda baş verənlərin yalnız qeyri-peşəkarlıqla məhdudlaşmadığını göstərir.

Bildirək ki, Space tv ilə bağlı ardıcıl yazılarımızdan sonra redaksiyamıza çoxsaylı şikayətlər daxil olmaqdadır. Space kanalından qovulmuş, pulla işə götürülüb maaş almamış, uzun illərin işçiləri olub aylığını aylardı almayan insanlar cumhuriyyet.az-a ilginc məlumatlar veriblər. Keçən dəfə vurğulamışdıq ki Space kanalının bayağılığı məhz Tamara Məmmədovanın səviyyəsinə hesablanıb. Lakin bu, təkcə səviyyə və zövq məsələsi də deyilmiş. Hər şey çox dəqiqliklə maddiyyata, hesablanıb və Toma xanım qosqoca telekanala şəxsi biznesi və qazanc mənbəyi kimi baxır. Necə? Vəzifəsi proülamları yerləşdirmək olan bu xanım bayağılığın dibinə enməklə yalnız verilişlərin reytinqini düşünür, reytinq isə birbaşa kanala sponsor cəlb etmək məqsədi daşıyır. Yəni, mənəviyyat maddiyyata satılır. İkincisi, verilişlərə qeyri- peşakar müğənnilərin çağırılmasə da məhz onların “kommerçiski” olması ilə bağlıdı. Və nəhayət, Space povilyonlarının veriıişlərə çox yüksək qiymətə icarəyə verilməsi Toma xanımım dəmir qanunlarından biridir. Ödəniş yoxdusa, çəkiliş də yoxdur və bununla da proqram rəhbəri layihə rəhbərlərini də bayağılaşmaq hesabına pul tapmağa vadar edir.

Peşəkar rejissor Vaqif Mustafayevin rəhbərlik etdiyi kanalda belə bayağı verlişlərin yayımlanmasının maraqlı nüansları üzə çıxır. Beləki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu verlişıər hansısa prodakşına, (prodakşın haqqında daha maraqlı məlumatlat daxil olmaqdadır və yaxın günlərdə diqqətinizə çatdıracağıq), məxsusdur. Mənbə bildirir ki, prodakşın vasitəsiylə televiziyaya təqdim olunan verlişlərə isə bildirilir ki, Vaqif Mustafayev çox az hallarda baxır. Belə olan halda isə televiziyada Vaqif Mustafayevi əhatəyə alan və başında Tamara Məmmədovanın durduğu 3-4 nəfərlik qrup kanala müraciət edən prodakşınlarla həm rəsmi, həm də qeyri-rəsmi razılaşma əldə edirlər. Rəsmi razılaşma qəpik-quruş olsa da, qeyri-rəsmi razılaşma daha bahalı olur. Amma bunun qarşılığında öz məhəlləsində belə tanınmayan şəxslər Space tv-nin efirində ulduza çevrilirlər.
Mənbənin iddasına görə beləcə Vaqif Mustafayevin xəbəri olmadan Space tv-də maraqlı anlar yaşanır. Hətta Space tv-dəki, bu qrup məlum prodakşınlarla şərikli biznesdə qura biliblər. Vaqif Mustafayevin xəbəri olmadan inkişaf edən bu “biznes” bir qrup şəxsin də gəlir mənbəyinə çevrilib.

T.Məmmədovanın adı hallanan ən böyük qalmaqal isə bu günlərdə məhkəmə müstəvisinə çıxıb. Belə ki, Space” telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb.Bu işlə bağlı mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, V.Ağayev zərərçəkmişlərdən pulları kimi aparıcı, kimi operator, kimi reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb. Mareaqlıdır ki, həmin insanlar 4-5 ay telekanala təpik döyüb. Sadəcə onlara deyilib ki, siz yeni işçi olduğunuzdan maaşları bir neçə ay gecikəcək. Ancaq sonda hamısı birlikdə ödəyəcəyik. Maraqlıdır ki, bu şəxslərein adı telekanalın işçiləri siyahısına da salınıb. Bu isə ondan xəbər verir ki, V.Ağayev dələduzluğu təkbaşına həyata keçirməyib.
Nəzərə alanda ki, Space öz- özünü maliyyələşdirən kanaldı bunları hardasa başa düşmək olardı. Amma gəlin görək bu vəsait hara xərclənir? Avqust ayından bu yana maaş almayan işçilərəmi, yeni tələblərə cavab verməyən sınıq salxaq avadanlıqlaramı, kanalın inzibati binasənın yarımçıq qalmış tikintisinəmi? Bu sualların cavabı isə daha çox Vaqif Mustafayevi düşündürməlidi. Amma gəlin görək adı dələduzluqda hallanmış birini hələ də öz sağ əli vəzifəsində saxlayan kanal rəhbəri düşünəcəkmi?
Text-to-Speech

DİNLƏ






Şərh yaz