Axtarış...

“Böyük beşlik”də son illərin ən qeyri-adi durumu

“Böyük beşlik”də son illərin ən qeyri-adi durumu
Avropanın “böyük beşlik” ölkələrində son illər baş verməyən hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, çox nadir hallarda qeydə alınan durum təkrarlanıb.

İngiltərə Premyer Liqasının lideri “Liverpul”un London səfərində “Vest Hem”lə görüşdə (1:1) xal itirməsi ilə bu qeyri-adi durum rəsmiləşib.

Belə ki, “Liverpul”dan əvvəl digər “böyük beşlik” ölkələrinin liderləri həftəsonu xal itirmişdi. İtaliya A Seriyasında “Yuventus” Turində “Parma” (3:3), İspaniya La Liqasında “Barselona” Kataloniyada “Valensiya” (2:2), Almaniya Bundesliqasında Dortmund “Borusiya”sı Frankfurtda “Ayntraxt”la (1:1) heç-heçə edib. Fransa Liqa 1-in lideri PSJ isə “Lion”la səfər matçında 1:2 hesabı ilə uduzmaqla cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının lideri “Neftçi” də bu tur səfərdə “Qarabağ”la görüşdə xal itirib – 1:1.



Şərh yaz