Axtarış...

Efirdəki qeyri-etik ifadələr, qonaqların tərbiyəsizliyi - "Maqazin klubu"



"Maqazin Klubu" olaraq uzun bir fasilədən sonra yenidən şou-biznes aləmində baş verənləri müzakirə etmək üçün bir araya toplandıq. Biz - Sərvər Mehtiyev, Zəhra Əhmədova və Pərviz Hüseyn son günlər telekanallarda baş verənlərdən, proqramlara çağrılan qonaqlardan, şou xatirinə edilən qeyri-etik hərəkətlərdən, müğənnilərin passiv yaradıcılıqlarından danışdıq.

Artıq ikinci "Maqazin Klubu"dur ki, müzakirə etdiyimiz mövzuların əsas hissəsini sənət adamları yox, telekanallarda baş verənlər təşkil edir. Buna səbəb isə müğənnilərin yeniliklər etməməsidir.

Bu mövsüm efirlərdə ən çox diqqət çəkən ATV-də yaşananlardır. Murad Əzimzadənin aparıcılığı ilə başlayan "Yeməyə nə var" proqramı bizi sözün əsl mənasında məyus etdi. Verilişə dəvət olunan qonaqlar, danışılan söhbətlər və təhqirlər müzakirəmizin əsas hissəsini təşkil edib.

Eyni zamanda yeni verilişlə efirə qayıdan Vüsalə Əlizadə, hər dəfə təkrar qonaqları proqramına çağıran aparıcı Nanə Ağamalıyeva, müğənnilərin uğursuz mahnıları da müzakirə etdiyimiz mövzular sırasına daxil olub.

Video: Kərim Abbasov

Söhbət etdi: P.Hüseyn (Axşam.az), Z.Əhmədova (Axşam.az), S.Mehtiyev (Primetime.az)

İnstaqram: @maqazin_klubu
Text-to-Speech

DİNLƏ






Şərh yaz