Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.
Trend-in məlumatına görə, bununla bağlı keçirilən konfransda bildirilib ki, milli telekanallarda (Bakıdan yayımlanan 6 adda TV - İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişlərinin dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur.
Monitorinq nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3 120 (o cümlədən 564-ü xəbər, 2 554-ü qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1 695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1 017 (o cümlədən 219-u xəbər, 796-sı qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir. TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir.
Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195-i bədii, 106-i cizgi, 81-i sənədli filmlər, 6-sı veriliş) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.