Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyasına qarşı tərtib etdiyi protokol üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, MTRŞ-ın iddiası təmin edilib və televiziya altı min manat məbləğində cərimələnib.
MTRŞ İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.
MTRŞ-nın məlumatına əsasən, “Space TV”də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.
Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.