Türkiyənin bir neçə əyalətində zəlzələlər qeydə alınıb.
Millitv.az xəbər verir ki, əvvəlcə Manisada 5,3 bal gücündə təkanlar olub. Zəlzələ yaxın ərazilərdə də hiss edilib. Bəzi yerlərdə çatlar əmələ gəlib.
Qırxağac və Akhisarda isə qeydə alınan təkanlar daha şiddətli olub. İnsanlar küçələrə axışıblar.
İzmir və Bursada da titrəyişlərin olduğu bildirilir.