Türkiyənin Manisa şəhərində ötən ay baş verən güclü zəlzələnin ardından yer sirkələnmələri davam edir.
Redaktor.az xəbər verir ki, bugün Manisa şəhərində 44 yeraltı təkan qeydə alınıb. Bu təkanlardan 4-ü 3 baldan artıq olub.
Şəhər sakinləri evlərini tərk edərək küçələrə axışıblar.
Ard-arda baş verən zəlzələlər nəticəsində şəhərdəki bir çox tikiliyə ciddi ziyan dəyib.