Türkiyənin Muğla vilayəti sahillərində rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, Aralıq dənizində qeydə alınan yeraltı təkanların episentri yerin 8 kilometr dərinliyində yerləşib. Dağıntı olmayıb.
Xatırladaq ki, son bir həftə ərzində Türkiyədə təsiri 5 baldan az olan 4 zəlzələ qeydə alınıb.