Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ saat 14:03:39-da qeydə alınıb.
Yeraltı təkanların dərinliyi 47 km, maqnitudası 4,7 bal olub.
Zəlzələ yaxın yaşayış ərazilərində 3 bala qədər hiss olunub.