Axtarış...

Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq



Bu həftə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədiyi gündən etibarən bir həftə müddətində yeni çağırış parlament ilk iclasına toplanmalıdır.

Bunun üçün ən son gün martın 12-nə düşür.


Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi buna görə də 121 nəfərin deputatlığını təsdiq edib.

Ümumilikdə 125 seçki dairəsi üzrə 87 seçki məntəqəsi buraxılıb, 328-nin isə nəticələri ləğv edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz