Axtarış...

MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi



Mərkəzi Seçki Komissiyasının iclasında 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə namizəd olmuş Toğrul Vəliyevin şikayətinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə məlumat verən MSK üzvü Qabil Orucov bildirib ki, həmin seçki dairəsi üzrə 14, 17, 23 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Şikayət Toğrul Vəliyevin iştirakı ilə geniş şəkildə araşdırılıb.

MSK sədri şikayətçiyə bildirib ki, onun qaldırdığı bir sıra məsələlər MSK-nın yekun protokolunda əksini tapacaq.

Müzakirədən sonra 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 4 məntəqənin nəticələri etibarsız hesab edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz