Axtarış...

Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI

Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI

Azərbaycanın xarici dövlət borcu 15,164.1 milyon (8,920.0 milyon ABŞ dolları) manatdır.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev verib.



Onun sözlərinə görə, həmin məbləğ bu il iyul ayının 1-nə qədər olan dövrü əhatə edir. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 19.0 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649.0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz