Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.
Qol.az xəbər verir ki, birinci yarımfinal matçında “Əl Hilal” (Səudiyyə Ərəbistanı) “Flamenqo” (Braziliya) ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Braziliya klubu finala yüksəlib.
Digər yarımfinal görüşü bu gün “Liverpul” (İngiltərə) və “Monterrey” (Meksika) arasında olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici oyunu Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda keçiriləcək.