Ukraynanın paytaxtı Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında millimiz tarixi qələbəsini qazanıb.
Milli.Az bildirir ki, millimiz qrupun autsayderi olan Türkiyə ilə qarşılaşıb.
Oyundan öncə komandalar qardaşlıq rəmzi olaraq birgə şəkil çəkdiriblər. Millimizin üstünlüyü şəraitində keçən matçda komandamız 6:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın altı qolundan üçünü Seymur Məmmədov (17, 18, 31), digərlərini isə Asif Zeynalov (1-ci dəqiqə), Vüsal İsayev (38) və Elvin Əlizadə (40) vurub. Türklərdən isə Kaan Çamkır dubl edib (18, 27).
Bu nəticə millimizin minifutbol üzrə Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 20:00-da qrupda sonuncu görüşünü keçirəcək. Rəqib Serbiya millisi olacaq.