Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Qol.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də bu gün ilk matçına çıxıb. Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Tula təmsilçisinin Avropa kuboklarında debüt oyunu olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.
21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) - 0:1
Qol: Dario Federiko, 45+1
Baş hakim: Enea Yorci (Albaniya)
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.