Türkiyənin Antalya şəhərində VIII parataekvondo üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir parataekvondoçusu - Röyalə Fətəliyeva (K44) medal qazanıb.
49 kq çəki dərəcəsində mübarizə aparan Röyalə bürünc medallardan birinə sahib çıxıb.
Qeyd edək ki, bu gün daha səkkiz idmançımız mübarizə aparacaq.