Axtarış...

“Zeytun Farm” MMC-nin ​Gəncə filialında özbaşınalıq... - İTTİHAM

“Zeytun Farm” MMC-nin ​Gəncə filialında özbaşınalıq... - İTTİHAM

İnsan dünyanın ən ali varlığıdır və insanı aliləşdirən amillərdən ən əsası əməkdir.

Ən qədim zamanlardan müasir dövrümüzə qədər olan dövrə nəzər salsaq o halda görərik ki, zaman-zaman insanlar öz zəhmətləri sayəsində xariqələr yaradıblar. İndiki zamanda tibbin, texnikanın, təhsilin və s. kimi sahələrin belə bir səviyyəyə gəlib çatması, məhz insan əməyi ilə bağlı olmuşdur. Bir sözlə, bu gün insanın həyatda bacarmadığı iş yoxdur.​ ​ Bir anlığa olsa belə, dünyanın müxtəlif yerlərində olan tarixi abidələri, qəsrləri, imarətləri yada salaq. Onların çoxu qədim zamanlarda inşa olunub və həmin abidələr uzun illər ərzində yüzlərlə, minlərlə insanların zəhməti nəticəsində ərsəyə gətirilib. Odur ki, əmək həm insanı ucaldır, həm də inkişaf etdirir. Əməklə məşğul olan insan bir kimsəyə möhtac qalmır və belə insanlara ətrafdakılar həmişə hörmət və pərəstiş edirlər. Müasir dövrümüzə gəldikdə isə onu qeyd edə bilərik ki, bu gün insan əməyinin qiymətləndirilməsi, əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar və s. Azərbaycan Respublikasının Əmək Məcəlləsində tam aydınlığı ilə qeyd olunub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunub ki, ​ əmək fərdi və ictimai rifahın əsasıdır və hər kəsin əməyə olan qabiliyyəti əsasında, sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var.

​ ​ ​ Bundan əlavə, Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsində qeyd olunub ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, 3-cü bəndində isə vurğulanıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasında əmək funksiyası müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Belə bir halların varlığı Azərbaycan Respublikasının Əmək Məcəlləsində tam aydınlığı ilə qeyd olunsa da, bu gün ​ “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında qanunun belə bir tələblərinə heç bir halda məhəl qoyulmur. Çünki, Gundemxeber.az-a daxil olan məlumatlara görə, dərman pereparatlarının satışı ilə məşğul olan bu MMC-nin Gəncə filialında iş saatı saat 9:00-da başlayır və saat 11:00-da başa çatır. Yəni, işçilər gün ərzində 14 saat işləyirlər. Əksəriyyət belə bir vəziyyətin əmələ gəlməsndə əsas günahı, məhz filialın direktoru Salahov Elnur Saleh oğlunda görürlər. Filialda rəhbərliyin müəyyən etdiyi ağır şərtlər daxilində çalışan və adının hallanmasımnı istəməyən şəxsin bildirdiyinə görə, belə bir dözülməz vəziyyət Elnur Salahovun təyinatından sonra başlayıb. Əgər əvvəllər iş rejimi Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilirdisə, bu gün qanunun tələbləri bilərəkdən tapdaqlar altına atılır. Hələ bu azmış kimi, filialın rəhbərliyi işçilərlə elə bir formada davranır ki, onlardan bəziləri çox keçmir ki, ərizə yazıb işdən çıxmağa məcbur olurlar. Belə bir oyun qaydalarının ssenari müəllifi, elə Elnur Salahovun özü olur. Çünki, o, tez-tez işçini işdən çıxarır və kimlərdənsə müəyyən məbləğdə haqq-hesab alıb işə götürür. Atılan belə bir addımlar filial rəhbərliyinin əlavə gəlir əldə etməsinə səbəb olsa da, əslində kütləvi narazılıq hissinin baş qaldırması ilə nəticələnir.

​ ​ Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında gündəlik 14 saat ərzində çalışan işçilərin hər birinin əmək haqqı kartlarına ayda 238 manat pul yüklənir. Əlavə isə, hər bir işçiyə əlbəəl 100 manat pul verirlər. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, cari ilin 01 sentyabrından ölkə əhalisinin minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Sərəncamdan irəli gələn tələb 950 minədək vətəndaşı əhatə edir ki, həmin şəxslərdən 600 mini dövlət sektorunda, 350 mini isə özəl sektorda çalışır.​ Bu kimi halların varlığı onu söyləməyə əsas verir ki, “Zeytun Farm” MMC-nin ​ Gəncə filialının rəhbərliyi, nə Əmək Məcəlləsinin tələblərini, nə ölkə rəhbərinin imzaladığı Sərəncamı saya salmır. Mövzunu diqqətdə saxlayacağıq.
GundemXeber.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz